Braziliyanın Salvador şəhərinin “Arena Fonte Nova” stadionunda “G” qrupunun ilk oyununda Almaniya Portuqaliyanı darmadağın etdi.
Oxu.Az xəbər verir ki, almanlar elə ilk hissədə oyunun taleyini həll etdilər.
11-ci dəqiqədə Tomas Müller 11-metrlik cərimə zərbəsindən hesabı açdılar. 32-ci dəqiqədə künc zərbəsindən sonra Mats Hummels başla dəqiq zərbə vuraraq hesab arasında fərqi iki topa çatdırdı. 37-ci dəqiqədə hakim Pepeyə birbaşa qırmızı vərəqə göstərərək meydançadan kənarlaşdırdı. 45-də isə Tomas Müller özünün 2-ci komandasının isə 3-cü topunu vurdu.
İkinci hissədə də portuqaliyalıların cəhdləri heç bir nəticə vermədi. Almanlar isə rahat və arxayın oynuyurdular. 78-ci dəqiqədə Tomas Müller çempionatın ilk het-trikini rəsmiləşdirdi və bombardirlər siyahısında ilk pilləyə yüksəldi.
“Alman maşını” Portuqaliyanı darmadağın etdi, 4:0.
Seymur Baxşev
www.oxu.az