Dünya Çempionatının ilk sensasiyası. Braziliyanın Fortaleze şəhərinin “Estadio Kastelao” stadionunda “D” qrupunun ilk oyununda Kosta-Rika yığması Uruqvayı məğlub etdi.
Oxu.Az xəbər verir ki, şimali amerikalılar çox gözəl oyun nümayiş etdirdilər.
Hesabı oyunun 24-cü dəqəsində 11-metrlik cərimə zərbəsindən Edinson Kavani açdı. İlk hissə uruqvaylıların minimal üstünlüyü ilə bitdi.
Hesabda geri olmasına baxmayaraq Kosta-Rika futbolçuları əzmkarlıqları sayəsində oyunda dönüş yarada bildilər. 54-cü dəqiqədə Kempbell gözəl zərbə ilə hesabı bərabərləşdirdi. 3 dəqidə sonra isə Oskar Duarte komandasını hesabda irəli çıxartdı. Oyunun bu cür inkişafını heç kim gözləmirdi.
Buraxılmış qollardan sonra Uruqvay yığması sanki ruhdan düşdü. Gözlənilən oyunu sərgiləməyən cənubi amerikalılar 84-cü dəqiqədə qapılarında 3-cü qolu gördülər. Markos Urena fərqləndi.
Uruqvay 1:3 Kosta-Rika.
Seymur Baxşev
www.oxu.az