Manausun “Arena Amazoniya” stadionunda “D” qrupunun ikinci oyunu İtaliya və İngiltərə yığmaları arasında baş tutdu.
Oxu.Az xəbər verir ki, ilk hissədə komandalar hərəsinə bir dəfə fərqləndilər.
35-ci dəqiqədə Klaudio Markizio dəqiq zərbə ilə topu qapının aşağı küncünə göndərdi. İki dəqiqə sonra isə Runinin ötürməsinindən sonra Daniel Starric hesabı bərabərləşdirdi.
İkinci hissədə italyanlar daha yaxşı futbol nümayiş etdirdilər. 50-ci dəqiqədə Balotelli başı ilə gözəl qol vurdu və millisini hesabda irəli çıxartdı. Bundan sonra oyun daha da maraqlı oldu. İngilislər var gücləri ilə bərabərlik topunu vurmağa çalışırdılar. Bir neçə dəfə bunun üçün əla fürsət yarandı, lakin son anda zərbələr dəqiq deyildi. İtalyanlar da müdafiədə oturmağı düşünmürdülər. Hər iki komanda açıq və baxımlı oyun göstərirdi. Amma hesab oyunun sonunadək dəyişmədi. İtaliya İngiltərə üzərində minimal fərqlə qələbə qazandı. (2:1).
Seymur Baxşev
www.oxu.az