Dünya çempionatının qrup mərhələsinin ikinci turunun son oyununda Portuqaliya və ABŞ milliləri qarşılaşdı.
Oxu.Az xəbər verir ki, Portuqaliya yığması məğlubiyyətdən son saniyələrdə xilas oldu.
Paulu Bentunun yetirmələri ABŞ ilə 2:2 hesablı heç-heçə oynadı. Və pireney təmsilçiləri ikinci qolu hakimin əlavə etdiyi sonuncu 5-ci dəqiqədə vurdular.
Oyun isə Portuqaliya millisi üçün heç də pis başlamamışdı. Artıq 5-ci dəqiqədə Nani komandasını hesabda irəli çıxardı.
Lakin amerikalılar ikinci hissədə Cons və Dempsinin qolları sayəsində hesabı öz xeyrlərinə dəyişməyi bacardılar. Və yalnız hakimin əlavə etdiyi sonuncu 5-ci dəqiqədə Kriştianu Ronaldunun ideal ötürməsindən sonra Varele komandasını məğlubiyyətdən xilas etdi - 2:2.
Bu oyundan sonra Amerika təmsilçiləri xallarının sayını 4-ə çatdırılar. Portuqaliya yığması isə mundialda ilki xalını qazanır. Son turda iyunun 26-da Portuqaliya Qana ilə qarşılaşacaq, ABŞ isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Seymur Baxşev
www.oxu.az