Futbol üzrə Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start verilib.
Oxu.Az xəbər verir ki, bütövlükdə dörd qrupda on matçın keçiriləcəyi oyun günündə artıq bəzi qarşılaşmalar başa çatıb.
B qrupunun lideri İsveç Gürcüstan səfərindən əliboş qayıdıb. Qonşu ölkə millisinin 2:0 üstünlüyü ilə bitən matç skandinaviyalıların heyətində Zlatan İbrahimoviçin milliyə qayıdışı ilə əlamətdar olub.
H qrupunda Rusiya doğma azarkeşləri önündə Kipri darmadağın edib - 6:0. Qarşılaşma meydanda cərəyan edənlələ yanaşı, tribunalarda baş verənlərlə də yadda qalıb. Belə ki, fasilədə rusiyalı tərəfdarların olduğu sektorda kütləvi olub. Bir müddət sonra ixtişaşın səbəbkarları stadionu tərk ediblər.
Ermənistan - Şimali Makedoniya matçında da darmadağın qeydə alınıb. Lakin bu dəfə uduzan tərəf ev sahibi olub (0:5). Bununla da, Ermənistan qrup ikincisi olaraq DÇ-2022-də iştirak şanslarını itirib.
DÇ-2022-nin seçmə mərhələsi
IX tur
A qrupu
Azərbaycan – Lüksemburq 1:3
B qrupu
Gürcüstan – İsveç 2:0