Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lüksemburq yığması Azərbaycana qalib gələrək iki rekorda imza atıb
Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda iki rekorda imza atıb.
Luk Holtsun baş məşqçi olduğu komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb. Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.
Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.
Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.
"DÇ-2018" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin tarixinə düşən böyükhesablı məğlubiyyətlər - ARAŞDIRMA
- Hannes Halldorsson: “Qarabağ”da yaşadıqlarım böyük həyat təcrübəsi oldu” - MÜSAHİBƏ + FOTO
- Avstriya - Azərbaycan: Yığmamız üçün uğursuz polyak
- Sautqeytin İngiltərə millisindəki taleyinə aydınlıq gətirildi
- DÇ-2022: Argentina və Fransa yığmaları 3-cü çempionluq arzusunda
Rəylər