Zlatko Daliç rəsmən Xorvatiya milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının yaydığı rəsmi bəyanatda bildirilib.
59 yaşlı tanınmış mütəxəssis ardıcıl 9 il rəhbərlik etdiyi yığma komanda ilə yollarını ayırıb.
Xatırladaq ki, Zlatko Daliçin rəhbərliyi altında Xorvatiya millisi DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medallara sahib çıxıb. Komandanın sonuncu çıxışı isə DÇ-2026-nın 1/6 final mərhələsinə təsadüf edib və onlar Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıblar.
Qaynar xətt:
(055) 224 12 12