UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərə və Xorvatiya milli komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə millisinin hücumçusu Morqan Rocers 24-cü dəqiqədə hesabı açıb. Xorvatiya yığmasının yarımmüdafiəçisi Petar Suçiç 59-cu dəqiqədə tarazlığı bərpa edib. 64-cü dəqiqədə isə Harri Keyn penaltini dəqiq yerinə yetirərək İngiltərəni yenidən hesabda önə çıxarıb. Matçda başqa qol vurulmayıb - 2:1.
Qrup mərhələsinin beş turundan sonra İngiltərə 12 xalla 3-cü qrupda ikinci yerdə qərarlaşıb. Xorvatiya isə üç xalla üçüncü pillədədir.