ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdən avtomobillə təxminən beş dəqiqəlik məsafədə naməlum şəxs atəş açıb.
Oxu.Az "ABC News"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər güllə yarası alıb.
Atışma Vaşinqtonun şimal-qərbində baş verib. Hadisə yerində paytaxt polisinin çevik reaksiya qrupu çalışır. Telekanalın mənbələrinə görə, şübhəli şəxs hələlik saxlanılmayıb.
ABŞ Milli Qvardiyasının hərbçiləri ərazinin mühasirəyə alınmasında polisə kömək edirlər. Milli Qvardiyanın hərbçilərindən heç biri xəsarət almayıb və atəş açan şəxslə qarşıdurmaya girməyib.