"Barselona"nın və Xorvatiya millisinin sabiq futbolçusu İvan Rakitiç karyerasını bitirib.
Oxu.Az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
Son klubu "Hayduk" olan Rakitiç daha öncə "Sevilya", "Barselona"da çıxış edib. O, Xorvatiya millisi ilə DÇ-2018-in gümüş medalını qazanıb.