Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda səkkizinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+13-cü dəqiqəsində Mehdi Taremi penalti zərbəsindən fərqlənərək fərqi azaldaraq 6:2 edib.
Oyun bu hesabla başa çatıb.
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda səkkizinci qol vurulub. Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+13-cü dəqiqəsində Me...
19:00
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda yeddinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində Cek Qriliş İngiltərənin 6-cı qoluna imza atıb.
18:42
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda daha bir qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 71-ci dəqiqəsində Markus Reşford İngiltərənin beşinci qolunu vurub.
18:36
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda daha bir qol vurulub.
Oxu.Az xəbər verir ki, matçın 65-ci dəqiqəsində İran yığması fərqi azaldıb.
Mehdi Taremi fərqlənib.
18:33
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, Bukayo Saka 62-ci dəqiqədə özünün ikinci, komandasının dördüncü qoluna imza atıb.
18:17
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə - İran oyununda ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, ilk hissədən sonra İngiltərə millisi üç top fərqi ilə öndədir.
18:02
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının İngiltərə-İran oyununda ilk hissə başa çatıb.
İlk hissədən sonra İngiltərə millisi üç top fərqi ilə öndədir.
17:47
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İngiltərə - İran oyununda növbəti qollar vurulub.
Oxu.Az xəbər verir ki, İngiltərə yığması hesabı artırıb.
Qarşılaşmanın 43-cü dəqiqəsində İngiltərə yığmasının 17 nömrəli futbolçusu Bukayo Saka özünü birinci, komandasının ikinci qolunu vurub - 2:0.
Bundan iki dəqiqə sonra ingilislər növbəti dəfə fərqləniblər. Rahim Sterlinq 45-ci dəqiqədə hesabı 3:0 edib.
17:39
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən İngiltərə - İran oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində İngiltərə yığmasının 22 nömrəli oyunçusu Cud Bellingem topu qapıdan keçirib - 1:0.
17:01
Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatı çərçivəsində günün ilk qarşılaşmasına start verilib.
Oxu.Az xəbər verir ki, Dohadakı “Xəlifə” stadionunda İngiltərə və İran milliləri arasında matç başlayıb.
16:14
Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək İngiltərə və İran komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:
İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq; 9. Harri Keyn (k)
İran: 1. Əlirza Beyrənvand (q), 2. Sadeq Moharremi, 3. Ehsan Həcsəfi (k), 5. Milad Mohemmedi, 7. Əlirza Cahanbaxş, 8. Murtəza Purəliqanji, 9. Mehdi Taremi, 15. Ruzbeh Çeşmi, 18. Əli Kərimi, 19. Məcid Hosseyini, 21. Əhməd Nurullahi.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Rəylər