Azərbaycan milli komandasının noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçı latviyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitaliys Spasyoņņikovs yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.