2026-cı il futbol üzrə dünya çempionatının G qrupunda 2-ci turun Belçika və İran yığmaları arasında keçirilən görüş başa çatıb.
Oxu.Az xəbər verir ki, ABŞ-nin İnglvud şəhərində yerləşən "SoFi" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Matçın baş hakimi argentinalı Dario Errera olub.
Görüşün 25-ci dəqiqəsində Mehdi Taremi İran millisinin heyətində hesabı açıb. Lakin VAR sisteminə baxışdan sonra qol ləğv edilib.
67-ci dəqiqədə Belçika yığmasının futbolçusu Natan Nqoy qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu nəticədən sonra Belçika və İranın aktivində 2 xal var. Yeni Zelandiya və Misirin isə hərəyə 1 xalı mövcuddur.