Park halında olan avtomobildə əvvəlcə içəridəki mobil telefonlar, ardınca isə avtomobilin özü yanmağa başlayıb.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, havanın temperaturunun yüksək olduğu günlərdə avtomobil salonundakı istilik təhlükəli həddə çata bilər. Bu səbəbdən alışqan, mobil telefon, enerji bankı (powerbank) və batareya ilə işləyən digər cihazları avtomobildə qoyub getmək ciddi risklər yaradır və arzuolunmaz nəticələrə səbəb ola bilər.
Yay aylarında nəqliyyat vasitəsini kölgədə saxlamaq, zərurət yarandıqda isə avtomobilin ön şüşəsinə xüsusi günəşdən qoruyucu örtük yerləşdirmək tövsiyə olunur. Ekspertlər həmçinin qeyd edirlər ki, avtomobilin mühərrik bölməsində yanacaq sızması, elektrik naqillərində qısaqapanma və ya izolyasiyanın zədələnməsi, akkumulyator və elektrik sistemindəki nasazlıqlar da yanğına səbəb ola bilən əsas amillərdəndir.