2026-cı il futbol üzrə dünya çempionatında avtoqolların sayına görə yeni rekord müəyyənləşib.
Oxu.Az xəbər verir ki, rekord 1/16 final mərhələsində Avstraliya və Misir yığmaları arasında keçirilən oyunda qeydə alınıb.
Növbəti avtoqolun müəllifi Misir millisinin müdafiəçisi Məhəmməd Həni olub. Bu, onun cari turnirdə öz qapısına vurduğu artıq ikinci qol olub. O, daha əvvəl qrup mərhələsində Belçika yığmasına qarşı keçirilən görüşdə (1:1) də avtoqola imza atmışdı.
Beləliklə, DÇ-2026-da ümumilikdə 13 avtoqol qeydə alınıb. Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına məxsus idi. Həmin turnirdə futbolçular 12 dəfə topu öz qapılarından keçirmişdilər.
ABŞ, Kanada və Meksikada keçirilən və 48 yığmanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.