Futbol üzrə dünya çempionatında (DÇ-2026) daha bir yarımfinalçının adı məlum olub.
Oxu.Az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda İngiltərə millisi əlavə vaxtın yekununda Norveçə 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 36-cı dəqiqədə norveçli Andreas Şelderup açıb. 45+2-ci dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib və matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda, 93-cü dəqiqədə Cud Bellingem dubl edərək ingilisləri yarımfinala çıxarıb.
İngiltərə millisi növbəti mərhələdə Argentina - İsveç cütünün qalibi ilə oynayacaq.
Qaynar xətt:
(055) 224 12 12