Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) J qrupunda Argentina və Avstriya milliləri arasında 2-ci turun oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutmuş matç Lionel Messininin komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Cənubi Amerika təmsilçisinin hər iki qolunu elə Lionel Messinin özü vurub (38-ci və 90+5-ci dəqiqələr).
Bu nəticə ilə Argentina millisi xallarını 6-a çatdıraraq pley-offa çıxmağı təmin edib. Avstriya yığmasının aktivində isə 3 xal var.
Qeyd edək ki, iyunun 23-də səhər saat 07:00-da J qrupunda İordaniya və Əlcəzair yığmaları da qarşılaşacaqlar.