Dünya çempionatının (DÇ-2026) gedişində Tunis yığmasının ən azı səkkiz futbolçusunun dopinq-testi müsbət nəticə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, idmançıların nümunələrində klenbuterol maddəsi aşkar edilib ki, bu da komandanın Meksikadakı düşərgəsində yedikləri ətlə əlaqələndirilir. Qəzet iddia edir ki, rəsmi şəxslər qadağan olunmuş bu maddənin futbolçular tərəfindən bilərəkdən qəbul edilmədiyi qənaətindədirlər.
Xatırladaq ki, Tunis seçməsi DÇ-2026-nın qrup mərhələsində İsveç (1:5), Yaponiya (0:4) və Niderlandla (1:3) oyunlarda məğlubiyyətə uğrayaraq pley-offa adlaya bilməyib.