2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində səkkiz qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi ilə eyni qrupda qərarlaşan Fransa və Ukrayna yığma komandaları üz-üzə gəliblər.
D qrupunun matçında Fransa millisi rəqibini 4:0 hesabı ilə darmadağın edib. Bu nəticə ilə fransızlar dünya çempionatına birbaşa vəsiqəni təmin ediblər.
F qrupunda keçirilən İrlandiya - Portuqaliya matçında gözlənilməz nəticə qeydə alınıb. Belə ki, ev sahibləri meydandan qalib ayrılblar - 2:0. Kriştianu Ronaldu matçın 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Mundialın final mərhələsinə vəsiqəni təmin etmiş İngiltərə millisi K qrupunda Serbiyanı hesabla məğlub edib - 2:0.
I qrupunda Moldova millisi doğma meydanda qəbul etdiyi İtaliya yığma komandasına son dəqiqələrdə buraxdığı qollarla uduzub - 0:2.
Digər görüşlər qeydə alınmış nəticələri təqdim edirik:
Azərbaycan - İslandiya - 0:2;
Ermənistan - Macarıstan - 0:1;
Norveç - Estoniya - 4:1;
Andorra - Albaniya - 0:1.