Azərbaycan millisi futbol üzrə dünya çümpionatının seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Oxu.Az bildirir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Hutsulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.
Oyunda üçüncü qol vurulub.
Ukrayna millisinin heyətində 65-ci dəqiqədə Ruslan Malinovski fərqlənib - 2:1.
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb. İlk hissədən sonra hesab bərabərdir - 1:1.
Azərbaycan millisi hesabı bərabərləşdirib.
İlk hissənin son saniyələrində Vitali Mikolenko avtoqol müəllifi olub - 1:1.
Komandalar fasiləyə yollanıblar.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, Ukrayna millisinin heyətində 30-cu dəqiqədə Aleksey Hutsulyak fərqlənib - 1:0.
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda keçirilən oyun başlayıb.
Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Ukrayna: 12. Anatoli Trubin, 2. Yefim Konoplya, 15. İlya Zabarnı, 22. Mikola Matviyenko, 16. Vitali Mikolenko, 9. Aleksey Hutsulyak, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmelyuk, 15. Oleq Oçeretko, 19. Nazar Voloşin, 11. Artyom Dovbik.
Baş məşqçi: Sergey Rebrov.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 7. Anatoli Nuriyev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qeyd edək ki, bu gün reallaşacaq Ukrayna - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda keçiriləcək.
Qeyd edək ki, milli komandamızın Ukrayna seçməsi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi ilk oyunu 1:1 hesablı bərabərliklə yekunlaşmışdı.
13 oktyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 22:45, Ukrayna - Azərbaycan.
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində dörd oyundan sonra 1 xal toplayıb və qrupda sonuncudur.