Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
De Byazi iki cəzalı futbolçudan birini Belçikaya aparacaq
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi iki cəzalı futbolçudan birini AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək səfər oyununa aparacaq.
“Report”un məlumatına görə, ötən gün İsveçlə qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşən Ramil Şeydayev yığmanın düşərgəsində qalıb.
27 yaşlı hücumçu bu gün komanda ilə birlikdə Belçikaya yollanacaq. Karyerasını Tailandın “Buriram Yunayted” klubunda davam etdirən Şeydayev çox güman ki, həmin ölkəyə məhz oradan gedəcək. İsveçlə matçda qırmızı vərəqə alan müdafiəçi Bəhlul Mustafazadə isə yığmanın düşərgəsini tərk edərək Bakıda qalıb.
Qeyd edək ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə İsveçi 3:0 hesabı ilə məğlub edib. Noyabrın 19-da Brüsseldə baş tutacaq Belçika - Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu