Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxasında) UFC döyüşçüləri azarkeşlərin qarşısında açıq məşq keçiriblər.
Oxu.Az xəbər verir ki, məşq zamanı azarkeşlər Rafael Fiziev, Xalil Rauntri, Nazim Sadıxov, Camal Hill və Tofiq Musayevlə birbaşa görüş imkanı əldə ediblər.
Tədbir çərçivəsində döyüşçülər çıxış edərək azarkeşlərin suallarını cavablandırıb, foto çəkdirib və canlı nümayişlərlə öz bacarıqlarını göstəriblər.
Bu gün UFC döyüşçüləri Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxasında) azarkeşlərin qarşısında açıq məşq keçirəcəklər.
Oxu.Az xəbər verir ki, saat 18:00-dan etibarən Rafael Fiziev, Xalil Rauntri, Nazim Sadıxov, Camal Hill və Tofiq Musayev səhnəyə çıxacaqlar.
Canlı döyüş atmosferi, məşqlər və unudulmaz anlar azarkeşləri gözləyir. Giriş pulsuzdur.
UFC həyəcanını yerində yaşamaq fürsətini qaçırmayın!