İngiltərə Premyer Liqasında IX tur davam edir.
Oxu.Az xəbər verir ki, “Çelsi” səfərdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.
“Liverpul” isə olduqca gərgin və dramatic keçən oyunda evdə “Brayton”la heç-heçə edib - 3:3
Meydan sahibləri erkən buraxdıqları iki qolla hesabda geri düşsələr də, sonradan toparlanıb üç qol vuraraq oyunda dönüş yaradıblar. Amma “Brayton”un hücumçusu Trossard 83-cü dəqiqədə het-trikini rəsmiləşdirərək komandasının səfərdən bir xalla qayıtmasını təmin edib.
İngiltərə Premyer Liqası
IX tur
1 oktyabr
“Bornmut” – “Brentford” - 0:0
“Kristal Pelas” – “Çelsi” - 1:2
Qollar: Eduard, 7 - Obameyanq, 38, Qallaher, 90