Keçmiş “Formula 1” pilotu Devid Kulxard (Kulthard) bu həftə Azərbaycanda səfərdə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.
O deyib ki, Formula 1 Azərbaycan Qran Prisinə 3 aya yaxın bir vaxt qalır:
“Hazırlıqlarımız tam sürətlə gedir. Keçmiş “Formula 1” pilotu, Devid Kulxard martın 15-16 tarixlərində Bakıda olacaq”.
E.Ə.
www.oxu.az