“Yuventus”un hücumçusu Paulo Dibala Avropanın tanınmış klublarının maraq dairəsindədir.
Oxu.Az Tuttosport-a istinadən xəbər verir ki, argentinalı forvardla “Bavariya”, PSJ və “Mançester Siti” maraqlanır.
“Yuventus”un rəhbərliyi Dibalanı yalnız 100 milyon avrodan çox pul təklif edə biləcək kluba satmağa hazırdır. Transfer yayda baş tuta bilər.