İran yığmasının müdafiəçisi Morteza Pouraqilaci deyib ki, dünya çempionatının qrup mərhələsində İspaniyaya qarşı keçirdikləri oyun zamanı rəqib komandanın hücumçusu Dieqo Kosta onun ana və bacısını təhqir edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı jurnalist Sina Semian “Twitter” hesabında yazıb.
“Dieqo Kosto bütün oyun boyu mənim həyatımda olan şəxsləri təhqir etdi. Onun dedikləri iyrənc idi”, - futbolçu deyib.
Bundan başqa, o qeyd edib ki, ispan futbolçu oyunçunun gözlərinə baxa-baxa ana və bacısını təhqir edib.
İyunun 20-də baş tutan oyun zaman İran İspaniyaya 0:1 hesabı ilə məğlub olub.