İngiltərənin “Vulverhempton” klubu Dieqo Kosta ilə müqavilə imzaladığını açıqlayıb.
“Canavarlar” 33 yaşlı hücumçu ilə mövsümün sonuna qədər razılaşıb.
Qeyd edək ki, Kosta əvvəllər Premyer Liqada çıxış edib. O, 2014-2017-ci illərdə “Çelsi”də top qovub və London klubu ilə iki dəfə çempion olub.
Hücumçu bu ilin yanvarında “Atletiko”dan (Mineyro) ayrıldıqdan sonra altı aydan çox azad agent statusunda qalıb.
Mənbə: sports.ru