“Futbol oyunları zamanı azarkeşlərin təhlükəsizliyi məqsədilə daxili işlər orqanları tərəfindən profilaktik işin təşkili diqqət mərkəzində saxlanılır”.
Bunu Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“Qonaqpərvərlik mühitinin yaradılması üçün oyun öncəsi və gedişində azarkeşlər arasında qıcıqlandırıcı hallara rəvac verən, ehtimal olunan neqativ hərəkətlərin yaşanmaması üçün tədbirlər görülür. Bu tədbirlərdə hər hansı siyasi motiv yoxdur.
Komanda təəssübkeşlərinin müxtəlif məzmunlu şüarlar səsləndirməsi, plakatlar qaldırması, yaxud stadiona qadağan olunan əşyaların keçirilməsi ilə bağlı bəzi tanınan azarkeş qrupları ilə müvafiq söhbətlər aparılır, izahlar verilir. Onların diqqətinə çatdırılır ki, bu neqativ hallar tərəflər arasında gərginlik yarada bilər. Bunu nəzərə alaraq, bütün qabaqlayıcı tədbirlərin icrası həyata keçirilir”.
Rəylər