"Bavariya" Qabriel Vidoviçin Zaqreb "Dinamo"suna transferini rəsmən təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
21 yaşlı futbolçu Xorvatiya klubuna daimi əsaslarla keçib.
Vidoviç 2016-cı ildən "Bavariya"nın müxtəlif yaş qruplarında çıxış edib.
O, Münhen komandasının əsas komandasında səkkiz oyun keçirib.