ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) son yumşalmaları ləğv edərək kənd təsərrüfatı sektorunda, hotel və restoran biznesində çalışan qeyri-qanuni miqrantların genişmiqyaslı saxlanılmasını bərpa etmək barədə qərar verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" öz mənbələrinə istinadla xəbər verir.
Bildirilir ki, DTN öz əməkdaşlarını fermalarda, hotellərdə və restoranlarda immiqrasiya reydlərini müvəqqəti dayandıran, cəmi bir həftə əvvəl verilmiş sərəncamın ləğv edilməsi barədə rəsmi məlumatlandırıb.
"Zorakı cinayətkarları gizlədən, yaxud İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin işini qəsdən pozan müəssisələr üçün təhlükəsiz yerlər olmayacaq", - deyə nazirlikdən bildirilib.