ABŞ hökuməti Ali Məhkəmədən miqrantları öz vətəndaşları olmadıqları digər dövlətlərə deportasiya etmək üçün müvəqqəti səlahiyyət əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi internet səhifəsində yerləşdirilən sənədlərdə öz əksini tapıb.
"Hakim Ceksona təqdim edilən və onun tərəfindən məhkəmənin baxışına yönləndirilən qərarın icrasının təxirə salınması ilə bağlı vəsatət təmin edilib. ABŞ-nin Massaçusets dairəsi üzrə Federal Məhkəməsinin qərar və hökmünün icrası dayandırılır", - deyə sənədin mətnində vurğulanır.
Bununla yanaşı, ABŞ-nin ali məhkəmə orqanı 2026-cı ilin dekabr ayında Prezident Donald Tramp administrasiyasının miqrantların üçüncü ölkələrə sürətləndirilmiş şəkildə çıxarılmasına imkan verən siyasətinin qanuniliyini mahiyyəti üzrə araşdıracağını açıqlayıb.