Almaniya Bundesliqasının 2-ci liqasında mübarizə aparan “Karlsruher”in 12-ci turun oyunları çərçivəsində doğma meydanda “Kaiserslautern” klubunu qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, “Karlsruher”in heyətində qollardan birini Azərbaycan yığmasının şərəfini qoruyan Dmitri Nazarov vurub. O 45-ci dəqiqədə 11-metrlik zərbəni dəqiq yerinə yetirib.
“Karlsruher”in ikinci qolunu 47-ci dəqiqədə Qrişa Proemel vurub.
Bu oyundan sonra xallarının sayını 15-ə çatdıran “Karlsruher” turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.