“Neftçi”nin qvineyalı futbolçusu Mamadu Kanenin hazırkı durumuna aydınlıq gəlib.
Klubdan Oxu.Az-a verilən məlumata görə, futbolçunun durumuna hər hansısa həyati təhlükə yoxdur:
“Onunla əlaqə saxlamışıq. O hazırda Qvineya millisi ilə birgə komandanın məskunlaşdığı hoteldədir. Federasiyanın verəcəyi qərarı gözləyirlər”.
Qeyd edək ki, Qvineya millisi Mərakeşlə seçmə mərhələ oyunu keçirməli olsa da, ölkədə dövlət çevrilişinin olması səbəbindən matç baş tutmayıb.
Səbuhi Musayev