Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dünya Ağırlıqqaldırma Federasiyası Rusiya idmançılarına tətbiq etdiyi sanksiyanı geri çəkir
Ağırlıqqaldırma üzrə Rusiya yığması gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, yarış gələn ay Perunun paytaxtı Limada keçiriləcək.
Rusiya millisi mundial üçün 33 atletin adı qeyd olunmuş ərizə verib. Yarışa neytral statusla, IWF bayrağı altında qatılacaq şimallılar təxminən 3.5 ildən sonra dünya çempionatına qatılacaq. Onlar 2021-ci ildən sonra yarışlara buraxılmayıblar. Həmin ilin mayında Özbəkistanda yeniyetmələrin, oktyabrında Səudiyyə Ərəbistanında gənclərin dünya çempionatı keçirilib. Böyüklərin turniri isə dekabrda Özbəkistanda baş tutub.
Qeyd edək ki, bu il böyüklərin mundialı oktyabrda Norveçdə keçiriləcək.