Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Mateya Boroyeviçlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Əhmədov bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.
15:50
Azərbaycanın yeniyetmə cüdoçuları Ramazan Əhmədov və Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaqlar.
Oxu.Az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan Əhmədov 1/4 finalda Özbəkistan təmsilçisi Elnur Xolmuminovdan güclü olub. Lakin o, finala gedən yolda türkiyəli İbrahim Tataroğluya yenilib.
90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev də yarımfinalda məğlubiyyətlə üzləşib. 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevə qalib gələn idmançı finalın bir addımlığında italyan Kristiano Mincinesi ilə bacarmayıb.
14:34
Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Aslan Kotsoyev 1/16 final mərhələsində İspaniya təmsilçisi Perez Ramirezi, növbəti raundda serbiyalı Nikola Giroviçi məğlubiyyətə uğratmaqla buna nail olub.
90 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov isə 1/8 finalda italiyalı Emiliano Rossidən güclü olaraq növbəti mərhələyə adlayıb.
10:03
Xorvatiyada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, fərdi yarışların son günündə Azərbaycanın iki cüdoçusu uğur qazanmağa çalışacaq.
90 kq çəki dərəcəsində Aslan Kotsoyev, 90 kq-dan yuxarı çəkidə isə Ramazan Əhmədov mübarizə aparacaqlar. Aslan Kotsoyev 1/16 finalda Perez Ramirezlə (İspaniya), Əhmədov 1/8 finalda Emiliano Rossi (İtaliya) - Lukas Paulauskas (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.