Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçiriləcək.
İlk olaraq Bakı vaxtı ilə saat 21:00 meydançaya H qrupunun favoritləri sayılan Belçika və Rusiya yığmaları güclərini sınayacaqlar.
Bu qrupun digər matçı saat 00:00-da Cənubi Koreya və Əlcəzair yığmaları arasında keçiriləcək.
Dünya Çempionatının qrup mərhələsinin ikinci turunun son oyununda ABŞ və Potuqaliya münasibətlərinə aydınlıq gətirəcəklər.
Bu qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.