Özbəkistan millisi ("White Wolves" - Ağ canavarlar) Mərkəzi Asiya futbolunun ən böyük yüksəlişdə olan, intizamlı və böyük potensiala malik komandasıdır. Seçmə mərhələdəki tarixi uğuru ilə 2026-cı il dünya çempionatına (DÇ) vəsiqə qazanan "Ağ canavarlar", bu turnirin final mərhələsində debüt edən ilk Mərkəzi Asiya ölkəsi kimi adlarını artıq tarixə yazdırıblar.
Müstəqillik qazandıqdan otuz beş il sonra və yeddi uğursuz təsnifat mərhələsindən sonra Özbəkistan, nəhayət, arzu etdiyi məqama çatıb.
1979-cu ildə aparıcı klub "Paxtakor"un bir nəsil istedadını məhv edən aviafaciədən tutmuş qitə seçmə mərhələsinin son pilləsindəki iki ağrılı məğlubiyyətə qədər - faciə və məyusluq uzun illər Özbəkistan futbolunun taleyinə hopub.
Oxu.Az Özbəkistan futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

İndi isə yeni bir fəsil yazılmaq üzrədir. "Ağ canavarlar" AFK seçmə mərhələsinin ikinci və üçüncü raundlarında ardıcıl nəticələr göstərərək DÇ-2026-ya vəsiqə qazanıblar.
DÇ-2006 üçün AFK seçmə mərhələsinin beşinci və son mərhələsində Bəhreynə qarşı və eyni mərhələdə səkkiz il sonra İordaniyaya da qarşı məğlubiyyətlər bütün ölkəni sarsıtmışdı.
DÇ-2014-ün seçmə mərhələsində sonuncu matç hansı Asiya millisinin pley-off turnurinə yüksələcəyini müəyyən edəcəkdi və ev-səfər matçlarından sonra hesab bərabər qaldığından, penalti seriyası taleyi həll etməli idi.
İlk doqquz cəhddə hər iki komanda yalnız bir dəfə xəta etmiş, o cümlədən indiki nəsli dünya çempionatına aparan Timur Kapadzenin zərbəsi də uğurlu olmuşdu. Nəticədə, 40 yaşlarında hələ də klub səviyyəsində fəaliyyətini davam etdirən müdafiəçi Anzur İsmayılov onuncu penaltini qaçırmış və "Ağ canavarların" acısı davam etmişdi.
On iki il sonra isə həmin iki dramatik seçmə uğursuzluğunun birincisi baş verəndə hələ körpə olan bir neçə oyunçunu özündə birləşdirən heyət, nəhayət, Özbəkistanı dünya çempionatına apardı.
Əvvəlki müstəsna uğursuzluqlardan fərqli olaraq, Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinə qarşı qolsuz heç-heçə onlara futbolun ən böyük səhnəsinə yol açmışdı.
Özbəkistana uğurlu təsnifat mərhələsini keçirən millətin ən ikonik oyunçularından biri, adıçəkilən Kapadze olduğu halda, keçmiş yarımmüdafiəçinin 2025-ci ilin oktyabrında kənara çəkilməsi müəyyən qədər sürpriz olmuşdu.

Özbəkistan Futbol Assosiasiyası (UFA) Şimali Amerikada milli komandanı idarə etməyi Fabio Kannavaroya həvalə edib. Kapadze isə köməkçi məşqçi rolunda olacaq.
Təyinatı elan edərkən UFA qeyd edib ki, keçmiş dünya çempionunun oyunçu karyerası qərarın qəbulunda həlledici amil olub:
"Özbəkistan Futbol Assosiasiyası Fabio Kannavaro ilə müqavilə imzalayıb. Tanınmış mütəxəssis, öz nəslinin ən yaxşı müdafiəçilərindən biri, üç dəfə dünya çempionatı iştirakçısı və 2006-cı il dünya çempionatının qalibidir".
Özbəkistan 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb?
AFK seçmə mərhələsinin ikinci mərhələsindən başlayan Özbəkistan millisi İranla iki heç-heçə və dörd qələbə ilə birlikdə üçüncü mərhələyə keçmişdi.
İlk dörd matçda üç qələbə və bir heç-heçə ilə yaxşı start verən komanda, beşinci oyun günündə Qətərə səfərdə 2:3 hesabı ilə məğlub olmuşdu.
Həmin məğlubiyyətdəki iki qolun müəllifi gənc ulduz Abbosbək Feyzullayev idi və dinamik hücumçu Özbəkistanın qalan beş matçda məğlub olmadığı seriyaya təkan vermişdi.

22 yaşlı futbolçu Laosda Şimali Koreyaya qarşı qələbədə yeganə qolun müəllifi olmuş, eləcə də Tehranda İranla 2:2 hesablı bərabərlikdə fərqlənərək Özbəkistanı DÇ-2026-ya vəsiqənin astanasına gətirmişdi.

Tarix isə 5 iyun 2025-ci ildə Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinə qarşı qolsuz heç-heçə ilə yazılmışdı. Özbəkistan, nəhayət, futbolun ən böyük səhnəsinə bileti əldə etmişdi.
DÇ-2026-da Özbəkistanın oyun cədvəli (Bakı vaxtı ilə)
Özbəkistan DÇ-2026-da K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya millilərinə qarşı mübarizə aparacaq.
K qrupu:
18 iyun, 06:00, Özbəkistan - Kolumbiya (Mexiko-Siti stadionu);
23 iyun, 21:00, Portuqaliya - Özbəkistan (Hyuston stadionu);
28 iyun, 03:30, Konqo DR - Özbəkistan (Atlanta stadionu).

Özbəkistan millisi dünya çempionatına sadəcə turist kimi getmir. Onlar Kannavaronun taktiki zəkası və Şomurodovun qolları ilə qrupdan çıxaraq əsl sürpriz etmək niyyətindədirlər. Sizcə, "Ağ canavarlar" debüt turnirində Portuqaliya və Kolumbiya kimi nəhənglərin yer aldığı bu qrupdan sağ çıxmağı bacaracaqlar?