Futbol üzrə 2026-cı il dünya çempionatında (DÇ-2026) oynamış 260-dan çox futbolçu yay transfer pəncərəsində klublarını dəyişib və onların transferləri 3.3 milyard dollar gəlir gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın araşdırmasında bildirilir.
İyulun 1-dən sentyabrın 2-nə qədər olan dövrdə beynəlxalq transferlərə ümumi xərclər 9.89 milyard dolları ötüb, ümumi transfer sayı isə ilk dəfə 12 500-ü keçib. Bu məbləğin üçdəbirindən çoxu - 3.3 milyard dollar - DÇ-2026-da iştirak etmiş 47 ölkədən 267 oyunçunun transferlərinin payına düşür.
2026-cı ilin mövsümöncəsi ən bahalı 5 transferi:
1. Enzo Fernandes (Argentina) - "Çelsi"dən "Mançester Siti"yə - 145 milyon avro;
2. Moran Rocers (İngiltərə) - "Aston Villa"dan "Çelsi"yə - 138 milyon avro;
3. Elliot Anderson (İngiltərə) - "Nottingem Forest"dən "Mançester Siti"yə - 135 milyon avro;
4. Yan Dyomande (Kot-d'İvuar) - "Leypsiq"dən "Rea Madrid"ə - 125 milyon avro;
5. Bredli Barkola (Fransa) - PSJ-dən "Liverpul"a - 125 milyon avro.
İngiltərə klubları transfer xərcləri üzrə lider olub və 3.02 milyard dollardan çox xərcləyiblər. İkinci yerdə İtaliya klubları (1.1 milyard dollar), ardınca İspaniya (940 milyon dollar), Almaniya (904 milyon dollar) və Fransa (641 milyon dollar) klubları gəlir.
Alınan transfer haqlarının həcminə görə Fransanın klubları liderdir (1.7 milyard dollar), onları İngiltərə (1.43 milyard dollar), Almaniya (1.02 milyard dollar), İspaniya (773 milyon dollar) və Portuqaliya (642 milyon dollar) klubları izləyir.