1925-ci ildə yaradılan Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəki Qala divarları daxilində, XIX əsrə aid tarixi binada yerləşir. Binada 2022-2024-cü illərdə bərpa işləri aparılıb.
Oxu.Az PhotoStock.az-a istinadla xəbər verir ki, muzeyin fondunda 5 000-dən çox maddi-mədəniyyət nümunəsi toplanıb, onların 2 000-dən çoxu nümayış etdirilir.
İnfrastruktur giriş hissəsi, dörd sərgi zalı, rəsm qalereyası, suvenir mağazası və inzibati korpusdan ibarətdir.
Birinci sərgi zalı qədim dövrdən XIX əsrin əvvəlinədək olan arxeoloji və tarixi irsi əhatə edir.
Burada nehrənin təkamülünü göstərən eksponatlar, tısbağa formalı saxsı dolça, iri taxıl küpü, Sasanilər dövrünə aid gümüş sikkələr, orta əsr hərbi alətləri, saxsı samovar, sufi mənəvi irsinə aid əşyalar və Şəki xanlığı dövrünə aid odlu silahlar sərgilənir.
Daha çox foto burada: PhotoStock.az