Sabah Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk üç yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Nurəddin Novruzov – Simyone Piroddu (İtaliya)
61 kq
Təsnifat: Əbülfəz Nəsirov – Salamat Malikov (Qazaxıstan)
65 kq
1/8 final: Zirəddin Bayramov – Mustafa Əhmədov (Tacikistan)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – İvan Stoyanov (Bolqarıstan)
74 kq
1/8 final: Turan Bayramov – Stas Volf (Almaniya)
79 kq
Təsnifat: Əşrəf Aşırov – Osman Casejev (Latviya)
86 kq
1/8 final: Saqadulla Ağayev – Səmətbəy Oğlu (Qırğızıstan)
92 kq
Təsnifat: Abdulcəlil Şabanov – Dmitri Duskov (Moldova)
125 kq
1/8 final: Aydın Əhmədov – Georgi İvanov (Bolqarıstan)
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq.