FIFA reytinqinə əsasən planetin ən güclü on komandasının siyahısına daxil olan dünya çempionatının favoritlərindən heç biri Meksika ərazisində yerləşdirilməyib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
ABŞ ərazisində hazırkı dünya çempionu Argentina, həmçinin Braziliya, Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Mərakeş, Belçika və Almaniya məşq edəcək. Meksikada isə Uruqvay, Kolumbiya, Tunis, CAR, İran, Cənubi Koreya və Meksikanın özü məşq imkanı əldə edəcək. Kanadada yalnız ev sahibləri və Panama yerləşdiriləcək. Bundan əlavə, ABŞ ərazisində autsayderlər, o cümlədən Haiti və Kürasao da məskunlaşacaq.
2026-cı il dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.