Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) bu il 2-9 noyabr tarixlərində Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.
Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın 10-24 aprel tarixlərində təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-ci il 1 yanvardan 2003-cü il dekabrın 31-dək doğulmuş boksçular qüvvəsini sınayacaq.
AIBA postponed the 2020 Youth Men and Women World Championships in Kielce, Poland, until 2021 due to the pandemic crisis. The new dates proposed are April 10-24, 2021. pic.twitter.com/O6VZPFZeLP
— AIBA (@AIBA_Boxing) June 25, 2020