Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, ¼ finalın son iştirakçısı Kolumbiya – İngiltərə görüşündə müəyyənləşib.
Oyunda hesabı ingilislər açıblar: 57-ci dəqiqədə Harri Keyn fərqlənib. Kolumbiyalılar hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə bərabərliyi Minanın qolu ilə bərpa ediblər.
Əlavə edilən 30 dəqiqədə qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə İngiltərə daha şanslı olub – 4:3.
Beləliklə də, mundialın yarımfinalçıları bu oyunlardan sonra müəyyənləşəcəklər:
Uruqvay – Fransa
Braziliya – Belçika
Rusiya – Xorvatiya
İsveç – İngiltərə
Qarşılaşmalar iyulun 6 və 7-də baş tutacaq.