Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünya çempionu uzun müddətə diskvalifikasiya edildi
Rusiya yığmasının heyətində 2014-cü ildə güləş üzrə dünya çempionatının qalibi olmuş Xetaq Tsabolov antidopinq qaydalarını pozduğuna görə altı il müddətinə diskvalifikasiya edilib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, idmançı sözügedən qaydaları 2024-cü il aprelin 4-də pozub.
Güləşçinin özü isə 2021-ci ildən Serbiya millisinin tərkibində çıxış edir.
Qeyd edək ki, altı illik diskvalifikasiya müddəti 2024-cü il iyunun 28-dən hesablanacaq.
Ən çox oxunanlar