Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, üçqat dünya və ikiqat Avropa çempionu Frank Ştebler Ukraynanın müdafiəsinə qalxıb.
Oxu.Az-ın xəbərinə görə, 32 yaşlı alman güləşçi “Instagram” hesabından paylaşım edib:
“Ürəyim qanadı, sadəcə başa düşə bilmirəm və başa düşmək də istəmirəm. 2022-ci ildə müharibə, Avropada müharibə, bu inanılmazdır!!!
Ukraynada çoxlu dostlarım, tanışlarım var və onlarla birlikdə mən də əziyyət çəkirəm. Mən sizə güclü olmağı arzulayıram və dua edirəm ki, bu dəlilik və mənasız qanlar tez bitsin”.
View this post on InstagramXatırladaq ki, Ukraynada yaşayan yunan-Roma güləşçilərindən biri də əslən azərbaycanlı Pərviz Nəsibovdur.
Qeyd edək ki, Frank Ştebler 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında 71 kq çəki dərəcəsində bürünc medal qazanıb. Həmin çəkinin qalibi Rəsul Çunayev olub.
Səbuhi Musa
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
Digər xəbərlər