İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparır. Azərbaycan yığması ilk oyununda İranı (6:2), ikinci oyununda isə Almaniyanı (6:1) məğlub edib.
Görüşlərdə yüksək nəticə göstərən güləşçilərimizin nəticələrini təqdim edirik:
AZƏRBAYCAN-İran 6:2
59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0
AZƏRBAYCAN-Almaniya 6:1
59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp
E.Ə.
www.oxu.az