Hazırda tennisçilərin dünya reytinqində ilk pilləni tutan Novak Cokoviç siyahının ikincisi Daniil Medvedevlə üz-üzə gəlib.
Parisdəki “Masters” seriyalı turnirin finalında qarşılaşan idmançıların mübarizəsində serbiyalı tennisçi üstün olub.
Cokoviç 4:6, 6:3, 6:3 hesabı ilə rusiyalı həmkarına qalib gələrək karyerasındakı 86-cı titulunu qazanıb.
Həmçinin o, 37-ci “Masters”ini əldə edərək bu göstərici üzrə ən yaxın izləyicisi Rafael Nadalı qabaqlayıb.
NOVAK-ATION FROM TITLETOWN 🏆🇷🇸
— Tennis TV (@TennisTV) November 7, 2021
The moment @DjokerNole won a record-breaking 37th Masters 1000 title vs Medvedev in Paris!#RolexParisMasters pic.twitter.com/m57J45xit8
Mənbə: Sports.ru