İngiltərənin “Mançester Yunayted” klubu KPMG auditor şirkətinin versiyasına görə dünyanın ən bahalı futbol klubu olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.
Şirkətin versiyasına görə, ingilis klubunun dəyəri 3,186 avro həcmində qiymətləndirilib.
“Mançestr Yunayted” keçən il birinci yeri bölüşdüyü ispan “Real”ını geridə qoyub (3,057 milyard avro). Üçüncü yerə mütəxəssislər 2,8 milyard avro ilə ispan “Barselona”sını layiq görüblər.
Daha sonra reytinqdə azalma prinsipi ilə Almaniya “Bavariya”sı (2,5 milyard avro), İngiltərənin “Mançestr Siti” (2,04), “Arsenal” (2,02), “Çelsi” (1,7), “Liverpul” (1,4), İtaliyanın “Yuventus” (1,3) və İngiltərənin “Tottenhem” (1,04) klubları yer alır. Cədvəldə son yeri 196 milyon avro həcmində dəyərləndirilən Fransanın “Marsel” klubu tutur.
N.О.
www.oxu.az