Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısına başçılıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq məlumat nəşrin saytında yerləşdirilib.
Ötən il ərzində futbolçu 93 milyon dollar qazanıb.
Siyahıda ikinci yeri amerikalı basketbolçu Lebron Ceyms (86,2 milyon dollar) tutub. “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi (80 milyon dollar) üçüncü olub.
Dördüncü pillədə 64 milyon dollarla isveçrəli tennisçi Rocer Federer qərarlaşıb. İlk beşliyi isə 60,6 milyon dollar qazancla basketbolçu Kevin Durant bağlayıb.
Qadın idmaçılardan ilk yüzlüyə yalnız amerikalı tennis ustası Serena Uilyams (5ci-yer, 27 milyon dollar) daxil olub.
S.B.
www.oxu.az