"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Give me Sport" jurnalı tərəfindən dünyanın ən yaxşı gənc məşqçisi seçilib.
Oxu.Az xəbər verir ki, reytinq üçün əsas meyarlara aşağıdakılar daxildir: yaş 45-dən aşağı, qazanılan əsas kuboklar, komandaya təsir imkanı, turnirin rəqabət qabiliyyəti və inkişaf potensialı.
Xabi Alonso 2023/2024 mövsümünün sonunda Almaniya çempionluğunu və Almaniya Kubokunu qazanıb.
Dünya futbolunun ən yaxşı gənc məşqçilərinin ilk beşliyi bu cürdür:
1. Xabi Alonso - "Bayer Leverkuzen" (Almaniya)
2. Mikel Arteta - "Arsenal" (İngiltərə)
3. Yulian Naqelsmann - Almaniya millisi
4. Andoni İraola - "Bornmut" (İngiltərə)
5. Ruben Amorim - "Mançester Yunayted" (İngiltərə).